Bakıda iş adamının oğlunu narkotiklə saxladılar

Bakıda iş adamının oğlunu narkotiklə saxladılar
Bütün Xəbərlər
17:50 17.06.2014
2875
Adnan Hüseynzadə “Zolotoye seçeniye” Moskva məktəbinin məzunudur.
Nəsimi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları və Dövlət Yol Polis İdarəsinin əməkdaşları ilə birgə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah gəzdirməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı, Moskvada fəaliyyət göstərən azərbaycanlı biznesmenin oğlu 1991-ci il təvəllüdlü Adnan Hüseynzadəni saxlayıblar.
Bu barədə Nəsimi rayon Polis İdarəsindən bildiriblər.
Hüseynzadə Rusiya dövlət nişanlı, “Lexus” markalı şəxsi maşınında saxlanılıb. Axtarış zamanı “Makarov” tipli tapança, 17 “Jelevo” tipli piston (alışdırıcı), МР 371 tapançası üçün katriclər tapılıb. Bundan başqa, Hüseynzadədə şəxsi istifadə üçün nəzərdə tutulan 0,75 qram həşiş də tapılıb.
İlkin dindirilmə zamanı Hüseynzadə Bakıya qohumlarının toyunda iştirak etmək üçün gəldiyini söyləyib.
“İdman silahının və ona aid sursatın saxlanılması cinayət deyil, amma narkotik maddələrin saxlanılması artıq ciddi məsələdir”, - polisdə şərh ediblər.
Xəbər verildiyi kimi, Adnan Hüseynzadə “Zolotoye seçeniye” Moskva məktəbinin 2007-ci il məzunudur. Hal-hazırda İsveçrə ali məktəblərinin birində təhsil alır.
Qeyd edək ki, “Zolotoye seçeniye” məktəbinin məzunları sırasında Acariya Respublikasının sabiq rəhbəri Aslan Abaşidzenin oğlu Geori Abaşidze və digər tanınmış xadimlərin övladlarının adını çəkmək olar.(Oxu.az)
OXŞAR XƏBƏRLƏR