Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video
SOSİAL
23:07 26.05.2026
660
Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR