Bakıda xidmətçi işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
AZXEBER.COM xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Aidə İbrahimovanın evindən 30 min manat pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.