Bakıda jurnalist bıçaqlandı

Bakıda jurnalist bıçaqlandı
MEDİA
12:05 03.07.2013
1510

2 iyul Beynəlxalq İdman Jurnalistləri günündə Bakıda tanınmış idman jurnalisti Kamal Rza bıçaq yarası alıb. Bu barədə həmkarımızın özü “Facebook” səhifəsində yazıb.

O, 18 saylı avtobusda sürücü tərəfindən bıçaqlandığını bildirib: “Avtobusda sürücünün bir sərnişinlə mübahisəsi dava həddinə çatdı və o, bıçaq çıxardı. Qolumu bıçağın qabağına verdim. Nəticədə yaralandım”.

Həmkarımız Lent.az-a açıqlamasında isə bıçağın dirsəyinə xəsarət yetirdiyini bildirib. O, hazırda vəziyyətinin normal olduğunu əlavə edib.

Qeyd edək ki, 18 saylı marşrut avtobusu “Pasaj bazarı”- 9-cu mikrorayon marşrutu ilə hərəkət edir.

OXŞAR XƏBƏRLƏR