Bakıda jurnalistlər üçün daha bir bina tikiləcək

Bakıda jurnalistlər üçün daha bir bina tikiləcək
MEDIA
00:05 22.07.2013
1439

Mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yenidən bina tikiləcək.

AZXEBER.COM-un Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşovun dediyinə görə, sabah – iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.

Qeyd edək ki, ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla mətbuat nümayəndələri üçün paytaxtın Bibiheybət qəsəbəsində 156 mənzilli bina tikilib. Binanın açılışı sabah olacaq.

OXŞAR XƏBƏRLƏR