Bakıda kafeyə basqın olub. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.Hadisə iyulun 26-da gecə qeydə alınıb. Nəsimi rayonunda fəaliyyət göstərən kafeyə gələn Bakı şəhər sakini Aqşin Əhmədov oranın sahibi Firdovsi Əliyevdən pul tələb edib və balta ilə ona baş nahiyəsindən xəsarət yetirib. Aqşin Əhmədov daha sonra pulu götürərək hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün tədbirlər görülür.