AZXEBER.COM Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, ittihama görə, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan 52 yaşlı Mehman Mirzəyev azyaşlı qıza söz atdığı üçün 39 yaşlı qonşusu Elxan İbadovu qətlə yetirib.Azyaşlı qız özündən böyük olan Elxan İbadovun hərəkətlərindən sonra ağlaya-ağlaya evə gedib və onun hərəkətləri barədə atasına danışıb. Qızın atası Mehman Mirzəyev və əmisi Elxan Mirzəyev Mehdi İbadovla söhbətə gəliblər. Söhbət zamanı qanlı cinayət hadisəsi baş verib.Mehman Mirzəyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, törətdiyi əməldən peşman olmadığını, cinayəti söyüşə görə törətdiyini deyib.Əvvəllər də adam öldürməyə cəhddə ittiham olunaraq ömrünün 8 ilini həbsxanada keçirən Mehman Mirzəyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Qətlə yetirilən də məhkumluq həyatı yaşayıb. Onlar hadisədən bir neçə gün əvvəl azadlığa çıxıblar. Onu da əlavə edək ki, hər ikisi narkotik vasitələrin aludəçisi olublar. Məhkəmə baxışı sentyabrın 4-nə təyin edilib.