Bakıda kinoteatrın yerində bina tikiləcək - FOTOLAR

Bakıda kinoteatrın yerində bina tikiləcək - FOTOLAR
Bütün Xəbərlər
07:36 23.01.2013
1688
Bakının tanınmış kinoteatrının yerində möhtəşəm bina tikiləcək. Vaxtilə Yasamal rayonu ərazisində yerləşən “Qələbə” kinoteatrının ərazisidə indi möhtəşəm ofis binası tikilir. Hazırda binanın bir neçə mərtəbəsi tikilib. İşlər tam sürətlə davam etdirilir. Onu da əlavə edək ki, həmin kinoteatrda əvvəllər Dövlət Film Fondu da yerləşirdi.Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina özəl şirkət tərəfindən inşa olunur. Binanın uzunluğu 72,4, hündürlüyü 26, eni isə 37,8 metr olacaq. İşlərin gələn il başa çatdırılması planlaşdırılıb.//milli.az
OXŞAR XƏBƏRLƏR