Bu gecə saat 02:22 radələrində yaşlı kişi özünü Bakının Sabunçu rayonu ərazisində, “Koroğlu” metrostasiyası ərazisindəki körpüdən atıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, 63 yaşlı Fəxrəddin Həsənov intihar məqsədilə özünü atıb. Lakin F.Həsənov öz arzusuna çatmayıb. Onu ağır yaralı halda 3 saylı Sabunçu xəstəxanaslna çatdırıblar. Hazırda onun həyatı üçün təhlükə yoxdur.