Bakıda kişi özünü hündürmərtəbəli binadan atmaq istədi - FOTOLAR

Bakıda kişi özünü hündürmərtəbəli binadan atmaq istədi -  FOTOLAR
Bütün Xəbərlər
12:10 10.07.2013
2363

Bakının Yasamal rayonu ərazisində, “Üç tac” adlanın binaların birindən bir kişi özünü hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən atmaq istəyib.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri gəlib

Bir neçə saat davam edən xilasetmə əməliyyatı nəticəsində, kişinin həyatını xilas etmək mümkün olub.

Hadisənin baş verdiyi ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb və nəticədə tıxac yaranıb.

AZXEBER.COM portalı hadisə yerindən çəkilən fotoları təqdim edir:

OXŞAR XƏBƏRLƏR