Bakıda kişi özünü öldürmək üçün binanın damına çıxıb - FOTOLAR

Bakıda kişi özünü öldürmək üçün binanın damına çıxıb - FOTOLAR
Bütün Xəbərlər
16:31 26.06.2014
2675
Bakıxanov qəsəbəsində "Uğur 2" yaşayış kompleksində yaşanan intihara cəhd hadisəsi ilə bağlı bəzi məlumatlar əldə etməyə müvəffəq olmuşuq.
Özünü 20 mərtəbəli binanın damından atmaq istəyən Əmircan sakinin bu addımının səbəbini həmin şəxsin anası Milli.Az-a danışıb.
Məlum olub ki, həmin adamın evindən bir müddət əvvəl oğurluq ediblər. Zərərçəkən onun evini qarət edənlə hansısa yolla telefon əlaqəsi yaradıb və onun səsini yazıb.
Həmin səs yazısını Suraxanı rayon Polis İdarəsinin müstəntiqinə təqdim edib. Aldığı cavab isə onu pərişan edib və intihar barədə qərarı üçün əsas olub.
Belə ki, müstəntiq ona irad tutub ki "sən kimsən ki, insanların səsini yazırsan".
Məhz buna etiraz olaraq Əmircan sakini indi binanın damından özünü atmaq istəyir.
OXŞAR XƏBƏRLƏR