Bakıda kişiyə səkkiz bıçaq zərbəsi vuruldu

Bakıda kişiyə səkkiz bıçaq zərbəsi vuruldu
HADİSƏ
10:12 30.04.2021
435
Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Ələkbərov Aslan Əfsər oğluna naməlum şəraitdə qarın nahiyəsindən səkkiz bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR