Bakıda partlayıcı qurğu tapılıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, partlayıcı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 144 ünvanında aşkarlanıb.Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman bir ədəd istifadəyə yararsız “F-1” markalı əl qumbarası aşkar edilib və aidiyyəti üzrə təhvil veriblər.Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 10:02-də başa çatıb.