Bakıda küçənin ortasında dava - FOTOLAR

Bakıda küçənin ortasında dava -  FOTOLAR
Bütün Xəbərlər
10:00 03.10.2013
2801

Bakıda, Nərimanov rayonu ərazisində, Tofiq Bəhramov adına respublika stadionunun yaxınlığında kütləvi dava olub.

AZXEBER.COM-un musavat.com-a istinadən xəbər verir ki, “Hyundai Sonata” markalı “90 RO 016” dövlət nömrə nişanlı maşının sürücüsü ilə yoldan keçən bir nəfərin arasında söz atışması olub.

Elə davaya da bu səbəb olub. Dava nəticəsində “Hyundai Sonata”nın sürücüsünün maşınına xəsarət yetirilib.

Gənclərdən biri hadisə yerinə dostlarını dəvət edib, dava daha da böyüyüb. Nəticədə “Gənclik” metro stansiyası qarşısındakı yolda tıxac yaranıb. Yoldan keçənlər dava edən hər iki gənci ayırmağa cəhd etsələr də, buna müvəffəq olmayıblar.

Hadisə yerinə polisin çağırılması ilə dava edən gənclər ərazidən uzaqlaşıblar. Əraziyə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları yaxınlıqdakı “TŞ” markalı müşahidə kamerasına düşən görüntülər vasitəsi ilə dava edənlərin şəxsiyyətini müəyyən etməyə çalışıblar.

OXŞAR XƏBƏRLƏR