Bakıda kütləvi dava - Ölən və yaralananlar var

Bakıda kütləvi dava - Ölən və yaralananlar var
Bütün Xəbərlər
11:29 03.11.2014
4391
Bakıda gənclər arasında kütləvi dava olub.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Günəş” kafesində qeydə alınıb.
Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb.
R. Süleymanov aldığı xəsarətdən dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR