Bakıda liftdə edam - balanın gözləri qarşısında

Bakıda liftdə edam - balanın gözləri qarşısında
Bütün Xəbərlər
10:45 25.05.2015
10971
Bakıda dünən baş verən hadisə oxuyanların qanını donduracaq. Səbail rayonu, Bayıl qəsəbəsində ata azyaşlı övladının gözləri önündə faciəvi şəkildə ölüb.
Milli.Az xəbər verir ki, saat 20 radələrində İ.Məmmədov küçəsi, bina 2-də 40 yaşlı Elmar Mustafayev 3-cü mərtəbədə övladı ilə liftdə qalıb. O, nasaz liftin qapılarını aralayaraq çıxmaq istəyib. Bu zaman nasaz lift işə düşüb və E.Mustafayevin başı liftin arasında qalıb.
Faktla bağlı araşdırma aparılır.
Baş vermiş hadisəni edam da adlandırmaq olar. Cəllad isə səhlənkarlıq, nasaz liftin vaxtında təmir olunmaması, habelə ehtiyatsızlıqdır.
OXŞAR XƏBƏRLƏR