Bakıda lotereyadan ‘Cek Pot’ uduldu - 439 min 135 manat

Bakıda lotereyadan ‘Cek Pot’ uduldu -  439 min 135 manat
Bütün Xəbərlər
13:10 18.09.2013
2776

Bakıda rekord məbləğdə uduş qeydə alınıb. 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 401-ci tirajında 439 min 135 manat həcmində “Cek Pot” udulub.

Bu Azərbaycan lotereya tarixində indiyə qədər udulmuş ən iri məbləğdir. Sentyabrın 16-da həmçinin, “5/36” lotereyasının 806-cı tiraji üzrə keçirilən oyunda 63 min 375 manat məbləğində “Cek Pot” udulub.

OXŞAR XƏBƏRLƏR