Bakıda “ölü” morqda dirildi... - ŞOK HADİSƏ

Bakıda “ölü” morqda dirildi... - ŞOK HADİSƏ
Bütün Xəbərlər
00:03 07.11.2015
3945

Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib.

57 yaşlı Ç.M. (adı etik normalara görə açıqlanmır) spirtli içki qəbul etdikdən sonra elə küçədə yuxuya gedib.

Yoldan keçənlər təcili yardım çağırıblar, kişi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində xəstəxanaya çatdırılıb. Orada kişinin öldüyünü bildirərək onun cəsədini morqa göndəriblər.

Amma Ç.M. morqda özünə gəlib. İlk olaraq o, dostuna zəng edərək sağ olduğunu bildirib.

“O biri dünyadan zəng” alan dostu şoka düşüb. Həkimlər kişini reanimasiya şöbəsinə yatırıblar, hal-hazırda orada müalicəsini davam etdirir. (1news)

OXŞAR XƏBƏRLƏR