Bakıda ölümlə nəticələnən yol qəzasının detalları məlum oldu
Bütün Xəbərlər
14:56 13.11.2012
705
Dünən gecə saatlarında baş vermiş ağır yol qəzasının detalları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, noyabrın 12-də saat 17.00 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakinləri Xosrov Yusifovun idarə etdiyi "QAZ-3110" və Sərdar Bəyməmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.