Bakıda tikintidə işləyən gənc etdiyi ölümcül hərəkətlərlə hamının təəcübünə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, gənc oğlan tikintisi hələ tamamlanmayan binanın ən üst mərtəbəsinə bir neçə saniyyədə çıxa bilir. O, eyni zamanda bir neçə saniyyə ərzində həmin binanın başından aşağı da enə bilir.
“Hörümçək adam” kimi tanınan 22 yaşlı Sahil Dövlətov etdiyi hərəkətlərdən heç vaxt qorxmadığını və məqsədinin “Ginnesin rekordlar kitabı”na düşmək olduğunu deyib.
“Hamı məni “hörümçək adam” kimi tanıyır. Məqsədim “Ginnesin rekordlar kitabı”na düşməkdir. Bunun üçün daha cəld olmağa çalışıram”.