Bakıda ölümlə üz-üzə qalan qadına dövlət sahib çıxdı

Bakıda ölümlə üz-üzə qalan qadına dövlət sahib çıxdı
Bütün Xəbərlər
16:23 04.08.2015
1093
Üç uşaq anasının keçmiş əri tərəfindən təzyiqlərə məruz qaldığı, ölümlə hədələndiyi haqda ötən gün yazmışdıq.
Buzovna qəsəbəsinin sakini Gülnar Əhmədova 5 il əvvəl ayrıldığı əri tərəfindən hər gün işgəncələrə məruz qalırdı. İş o yerə çatmışdı ki, qadın üç övladı ilə birlikdə evdən qaçmış, Bakıdakı məscidlərin birinə sığınmışdı. Ötən gün qadının problemi ilə bağlı yazmaqla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət etdik ki, məişət zorakılığı ilə üz-üzə qalmış qadına yardım göstərilsin.
Bu gün komitənin sədr müavini Sədaqət Qəhrəmanlı zorakılıqla üzləşən qadını qəbul edib. Onun problemləri ilə maraqlanan komitə qadını və uşaqlarını sığınacaqla təmin edib.
Milli.Az-a açıqlama verən Sədaqət Qəhrəmanlı bildirib ki, qadının üzləşdiyi problemlə bağlı Baş Prokurorluğa və Xəzər Rayonu Polis İdarəsinə məlumat verilib. Onun sözlərinə görə, qadının keçmiş əri narkotik aludəçisidir. O, qəribə həblər qəbul edir. Bununla bağlı polis mütləq maraqlanmalıdır.
OXŞAR XƏBƏRLƏR