Bakıda lyuk qapağı ''Mercedes''in üstünə düşərək onu əzdi

Bakıda lyuk qapağı
Bütün Xəbərlər
08:00 10.10.2012
1870
Bakının Nizami rayonu ərazisində hərəkətdə olan avtomobillərdən birinin sürücüsü gözlənilməz bir qəza ilə üzləşib. Onun idarə etdiyi “Mercedes” markalı avtomobil rayonun Heydər Əliyev prospektində kanalizasiya quyusunun qapağının qəfildən açılmasının qurbanı olub.Sürücünün bildirdiyinə görə, avtomobilini yüksək sürətlə idarə etməsə də, qarşısında qəfildən açılaraq havaya qalxan ağır dəmir parçasından yayına bilməyib. Kanalizasiya quyusunun təxminən 50 kiloqrama yaxın olan qapağı bütün ağırlığı ilə yaxınlaşmaqda olan avtomobilə çırpılıb. Nəticədə avtomobilə ciddi şəkildə ziyan dəyib.“Qabaqda “BMW” gedirdi. Lyukun üstündən keçəndə qapaq qalxdı, dəydi mənim maşınıma. Xəsarət alan yoxdur, amma maşın əzilib” – deyə “Mercedesin sürücüsü Telman Əsgərov bildirib.
OXŞAR XƏBƏRLƏR