Bakıda marşrut avtobuslarında ödəniş vahid kartlarla aparılacaq

Bakıda marşrut avtobuslarında ödəniş vahid kartlarla aparılacaq
Bütün Xəbərlər
22:39 05.12.2011
2000
Bu ayın sonuna kimi Nəqliyyatda İntellektual İdarəetmə Sistemi fəaliyyətə başlayacaq. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, ilkin olaraq sistemin bir hissəsi fəaliyyətə başlayacaq. Daha sonra isə mərhələli şəkildə sistem tam olaraq istifadəyə veriləcək: “Qeyd edək ki, bu sistem çərçivəsində ictimai nəqliyyatda ödənişlərin post terminallar vasitəsi ilə ödənilməsi də planlaşdırılır. Artıq bunun üçün tələb olunan qurğular ölkəyə gətirilib və yeni ildən onlar sınaqdan keçiriləcək. Onu da deyək ki, öncə marşrut avtobuslarında turniketlərin quraşdırılması planlaşdırıldı. Ancaq sonradan digər ölkələrin təcrübəsi öyrənildi və məlum oldu ki, turniketlər sərnişinlərin həyatı üçün təhlükə yarada bilər. Belə ki, avtobus qəzaya uğrayarsa, qapıda quraşdırılan turniketlər sərnişinlərin düşməsinə mane ola bilər. Bu səbəbdən də, qərara alındı ki, ictimai nəqliyyatda ödəniş etmək üçün xüsusi vahid nəqliyyat kartları tətbiq edilsin. 2012-ci ilin ikinci yarısından başlayaraq paytaxtda vahid gediş kartlarından istifadəyə başlanılacaq. Elektron keçid kartları ilkin olaraq bir neçə marşrut avtobuslarında sınaqdan keçiriləcək.
OXŞAR XƏBƏRLƏR