Bakıda marşrutda 24 yaşlı qıza qarşı iyrənc hərəkət

Bakıda marşrutda 24 yaşlı qıza qarşı iyrənc hərəkət
Bütün Xəbərlər
12:58 06.11.2015
4922
Bakıda 24 yaşlı qızı orta yaşlı kişi marşrut avtobusunda döyüb.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Nəsimi rayonunda baş verib. Axşam saat 20 radələrində A.Məhərrəmov küçəsi ilə hərəkətdə olan 135 saylı marşrut avtobusunda gənc qızla kişi arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən kişi Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aynur Ocaqverdiyevanı döyüb. Kişi qızı sifətindən yumruqla vurub. Xəsarət alan qız hadisə barədə 19-cu Polis Bölməsinə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR