Bakıda maşın bara girdi - FOTO

Bakıda maşın bara girdi - FOTO
Bütün Xəbərlər
11:38 18.06.2013
2671

Paytaxtda qəribə yol-nəqliyyat hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsindən verilən məlumata görə gecə saatlarında Budaqov Kamran Tahir oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə qəza törədib.Sürücü idarəetməni itirərək maşını Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində yerləşən gecə klubuna vurub.Hadisə nəticəsində sürücü kəllə-beyin travması alıb. Avtomobildəki sərnişin Məmmədov Emin Yaşar oğlu isə sol dirsəyində xəsarət alıb.Hər iki şəxs xəstəxanaya yerləşdiriliblər.Hazırda faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR