Bakıda maşın qaçıran qadın tutuldu

Bakıda maşın qaçıran qadın tutuldu
Bütün Xəbərlər
11:50 10.07.2013
856
Bir ay bundan əvvəl Bakıda minik avtomobilini qaçıran qadını polis nəhayət ki, yaxalaya bilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 13-ü M.Rüstəmov küçəsində Murad Davudova məxsus “Hyundai-Sonata” markalı avtomobil qaçırılıb.Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.
OXŞAR XƏBƏRLƏR