Bakıda minik maşınının xəndəyə düşməsi yol-nəqliyyat hadisəsinə səbəb olub. Xətai rayonu Gəncə prospektinde qeydə alınan hadisə zamanı Vasif Əliyevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili yolun ortasında qazılan xəndəyə düşüb. Daha sonra idarəetməni itirən sürücü yolun kənarında hərəkətsiz vəziyyətdə olan bir neçə avtomobilə çırpılıb.Hadisə şahidlərinin sözlərinə görə həmin xəndək kanalizasiya lyuklarının yenilənməsi məqsədi ilə su idarəsi tərəfindən qazılıb və gün ərzində həmin xəndəyə 10-dan çox avtomobil düşüb.Qeyd edək ki, ANS-in əməkdaşları haisə yerində olarkən başqa bir “Jiquli”nin də həmin xəndəyə düşməsinə şahid olub.Xəndəyə düşərək qəza törədən avtomobilin sahibi isə qazılan ərazinin ətrafında heç bir xəbardar edici işarənin qoyulmamasından gileyləndi