Bakıda maşında öldürülən şəxsin qatili tapıldı

Bakıda maşında öldürülən şəxsin qatili tapıldı
Bütün Xəbərlər
15:20 07.08.2015
2397
Bir neçə gün əvvəl Bakıda maşında öldürülən şəxsin qatili tapılıb.
"Qafqazinfo"ya DİN-dən daxil olan məlumata görə, avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.
Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.
Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunmuş və o, yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR