Bu gecə saat 01:00 radələrində Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Elçin Rzayev “Hyundai” markalı avtomaşını idarə edərkən onu yol ayrıcısına vurub. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.