Üzü maskalı naməlum şəxs ev yiyəsinə xəsarət yetirərək 200 manatını və mobil telefonunu alaraq qaçıb
Bakıda evə basqın edən maskalı şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu ilin may ayında Hövsan qəsəbəsi, Çöllük küçəsində yaşayan İsrafil Baxşıyevin yaşadığı evə daxil olan üzü maskalı naməlum şəxs ev yiyəsinə xəsarət yetirərək 200 manat və mobil telefonunu alıb gedib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azad Babayev tutulub.(anspress)