Bakıda məcburi kökünlərin yaşadığı bina yanaraq külə döndü - FOTOLAR

Bakıda məcburi kökünlərin yaşadığı bina yanaraq külə döndü -  FOTOLAR
Bütün Xəbərlər
00:59 20.09.2015
3237
Bu gün saat 15:20 radələrində 1 saylı Mərkəzi Kliniki Xəstəxananın yaxınlığında, Cəlil Məmmədquluzadə küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın olub.
Yanğına səbəb kimi, həyətə tökülən zibillərin alışması göstərilir. Ərazidə ağacların çox olması yanğının daha geniş əraziyə yayılmasına səbəb olub. Nəticəsində təqribən 20-yə yaxın mənzil yanıb, sakinlər dərhal təxliyyə olunublar. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən 16 mərtəbəli binanın da yanmaq təhlükəsi olduğundan sakinlər binadan çıxarılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və DİN-in əməkdaşları cəlb edilib. FHN əməkdaşları şiddətlənən yanğının 16 mərtəbəli binaya keçməsinin qarşısını ala biliblər. Məcburi köçkünlərin evləri isə tamamilə yanaraq külə dönüb.
Hazırda aidiyyatı qurumların əməkdaşları əraziyə nəzarəti davam etdirir. (musavat.com)
OXŞAR XƏBƏRLƏR