Bakıda məktəbli intihar etdi

Bakıda məktəbli intihar etdi
Bütün Xəbərlər
00:21 26.09.2013
1280

Bakıda 14 yaşlı məktəbli intihar edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün axşam saatlarında Hövsan qəsəbəsində, dəniz kənarında qeydə alınıb.

Qəsəbə sakini, 14 yaşlı Sidorov Valeri Ruslanoviçin meyiti yaşadığı evin yaxınlığında yardımçı tikilidə asılmış vəziyyətdə aşkar edilib.

Hadisə yerinə Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları gəlib. İntiharın baş vermə səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR