Daxili İşlər Nazirliyi Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.AZXEBER.COM-un nazirliyin saytına istinadən məlumatına görə, aprelin 22-də saat 09 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub. Qəza nəticəsində o, hadisə yerində ölüb.Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini Nurlan Fərhadov saxlanılıb.Qeyd edək ki, qəzada ölən piyadanın 9 yaşı var və o, orta məktəbin 3-cü sinif şagirdidir.