Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1963-cü il təvəllüdlü Nemət Nəsirov 90 HR 672 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobili səkiyə vurub və maşın aşıb.Nəticədə avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Zahir İsayev hadisə yerində ölüb. Faktla bağlı idarədə cinayət işi başlanıb.