Bakıda mərkəzi məktəblərdən biri söküləcək

Bakıda mərkəzi məktəblərdən biri söküləcək
Bütün Xəbərlər
13:31 03.12.2012
1436

Bakıda yaxın vaxtlarda 23 saylı məktəbin binası söküləcək.

Məktəbdən verilən xəbərə görə, hazırda söküntüyə hazırlıq işləri gedir.Söküləcək binanın yerində yeni altımərtəbəli məktəb binası inşa olunacaq. Dekabrın 7-dən 16-dək 23 saylı məktəbdə dərs olmayacaq, çünki məktəb ləvazimatları, avadanlıq və mebel əşyalarının yeni məkana köçürülməsi üçün vaxt tələb olunur.Dekabrın 17-dən 23 saylı məktəbin şagirdləri üçün dərslər 5 saylı şəhər Klinik Xəstəxanasının yanında yerləşən Heydər Əliyev Fondu məktəbində davam etdiriləcək. İlkin məlumatlara görə, yeni məktəb binasının tikintisi bir il vaxt aparacaq. Bu müddət ərzində 23 saylı məktəb ilə Heydər Əliyev Fondunun məktəbi arasında şagirdlərin mərkəzdən yeni tədris yerinə və geriyə aparılıb-gətirilməsi üçün avtobuslar fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR