Bakı şəhəri, Səbail rayonunda yerləşən "Mərkəzi Univermaq" ASC-nin binasına bomba qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
AZXEBER.COM-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, bu barədə məlumat daxil olan kimi dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməyiblər.