Bakıda məsciddəki yanğın söndürüldü

Bakıda məsciddəki yanğın söndürüldü
SOSİAL
22:25 05.08.2026
177
Bakının Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən Səməd bəy Mehmandarov küçəsindəki Mirtağı məscidində yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR