Bakıda məşhur oteldə qan su yerinə axdı

Bakıda məşhur oteldə qan su yerinə axdı
Bütün Xəbərlər
14:49 18.08.2014
5970
Əliyev qıza sataşıb.
Avqustun 16-da Bakıda diskotekada qətllə bitən davanın təfərrüatı bəlli olub.
İstintaq nəticəsində bəlli olub ki, dava qız üstündə düşüb.
Davada öldürülən Böyükağa Əliyev "AF Hotel"-də diskotekada tanımadığı qıza sataşıb.
Bunu görən qızın sevgilisi Xəyal isə tanışı İbrahimə zəng edib və B. Əliyevi davaya çağırıb.
Xəyalın tanışı, əvvəllər xuliqanlığa görə məhkum olunmuş İbrahimin soyadı istintaqın marağından gizli saxlanılır. Onu da qeyd edək ki, İbrahim kriminal aləmdə avtoritet kimi tanınır. Xəyal da məhz buna görə kömək üçün İbrahimə müraciət edib.
Faktla bağlı cinayət işi açılsa da, qətldə şübhəli bilinən şəxs hələ tutulmayıb.
Qeyd edək ki, İbrahim həbsdən çıxandan sonra Sumqayıtda qohumugildə yaşayır. Heç yerdə işləmir. Onun Binəqədidə gizləndiyi ehtimal edilir.(Lent.az)
OXŞAR XƏBƏRLƏR