Aprelin 28-də Nəsimi rayon məhkəməsində “McDonalds” (Mak Donalds) restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiasına baxılacaq. Rolan Məmmədov adlı müştərisi şirkətdən 50 min manat tələb edir.
O, iddia edir ki, martın 3-də restoranda sifariş etdiyi “Sezar” salatından ilbiz çıxıb. Məlumatı Rolan Məmmədovun vəkili Anar Qasımlı verib. (aktual.az)