Bakıda muzeylərə giriş pulsuz olacaq

Bakıda muzeylərə giriş pulsuz olacaq
Bütün Xəbərlər
16:59 17.05.2012
1761
May ərzində iki gün respublikadakı muzeylərdə «Açıq qapı» günü keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, «Açıq qapı» günləri mayın 18-də və 22-də olacaq. Həmin günlərin biri mayın 18-də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçiriləcək.Bununla yanaşı, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə Azərbaycan muzeyləri 2002-ci ildən başlayaraq ənənəvi muzeylər gecəsi aksiyasına qoşulub. Bununla əlaqədar mayın 22-də də muzeylərdə yenidən «Açıq qapı» günü keçiriləcək. Hər iki gündə ziyarəçilər muzeylərə ödənişsiz daxil ola və oradakı eksponatlarla tanış ola bilərlər.
OXŞAR XƏBƏRLƏR