Bakıda Nanotexnologiya Akademiyası Və Nanotexnologiya Olimpiadası başlayır
Bakıda Nanotexnologiya Akademiyası və Olimpiadası adlı layihəyə start veriləcək.
AZXEBER.COM xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbayxan Partiyası (YAP) Gənclər Birliyinin, Gənc Mühəndislər Birliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Layihə rəhbəri Aytək Məmmədli bildirib ki, layihə çərçivəsində təlimlər təşkil ediləcək. Təlimlərdə Nanotexnologiyalar haqqında ümumi fikir yaratmaqla yanaşı xaricdə bu ixtisasa necə yiyələnməli, bu ixtisasla bağlı təqaüdlərin axtarılması, konfrans matreallarından və məqalələrdən istifadə yollarıyla bağlı müzakirələr aparılacaq. Həmçinin, bu çərçivədə olimpiadanın keçirilməsi də, nəzərdə tutulub. Təlim iştirakçilarına sertifikat, braşurlar və Nanotexnologiya haqqında təməl məlumatlar olan kitabça veriləcək. Olimpiada qalibləri isə hədiyyələrlə təltif olunacaq. A.Məmmədli qeyd edib ki, layihənin əsas məqsədi nanotexnologiyanın nə olduğunu gənclərə çatdırmaq, xaricdə bununla bağlı təhsil standartlarından və dünyada olan nanotexnoloji yeniliklərdən bəhs etməkdir. Məlumat üçün qeyd edək ki Aytək Məmmədli Kimya üzrə bakalavr təhsilini Bakı Dövlət Unversitetində, Yüksək Texnologiyalar üzrə magistratura təhsilini Türkiyə Cumhuriyyətinin Ankara şəhərində alıb. Təhsil sahəsindəki uğurlarına görə 2016 –cı ildə Türkiyənin ən yaxşı 20 tələbəsindən biri olub.
Bir neçə beynəlxalq konfransın məruzəçisi 5 elmi məqalənin 1 patentin müəllifidir.
Təlim ödənişsizdir.
Qeydiyyat üçün [email protected] mail adresiylə və ya +994509717078 əlaqə saxlaya bilərsiniz. Təlimin keçiriləcəyi Ünvan: Caspian Engineers Society (CES) –nin ofisi (Cəlil Məmmdquluzadə küç.)
Qeyd edək ki, layihənin media dəstəkçisi AZXEBER.COM-dur.