Bakının Binəqədi rayonunda gənc qadına qarşı liftdə amansız cinayət törədilib.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən Azadlıq prospekti 167 saylı binada yaşayan gənc qadın liftə minmək istəyərkən naməlum şəxs ona hücum edib.
Həmin şəxs qadının qulağındakı brilliant sırğaları və içərisində 1000 manat pul olan çantanı alaraq qaçıb. Zorakılıq nəticəsində qadın qulağından ciddi xəsarət alıb.
Keçirilən tədbirlər nəticəsində quldurluqda şübhəli bilinən 31 yaşlı Salyan sakini Elnur Ələkbərov tutulub.
Ömrünün 10 ilin həbsdə keşirən E.Ələkbərov narkotik maddə aludəçisidir. Onun barəsində Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.