Bakıda narkotik qadının həyatına son qoydu

Bakıda narkotik qadının həyatına son qoydu
Bütün Xəbərlər
16:02 25.01.2012
1076
Bakının Yasamal rayonunda qadın meyiti tapılıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, meyit bu gün səhər saatlarında “Yasamal bazırı”nın arxasında, Rahib Tağıyev küçəsində aşkarlanıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Mərhumun 45 yaşlı Təranə Əliyeva olduğu müəyyən edilib. Onun narkotik qəbulundan öldüyü ehtimal olunur. Hazırda meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Mərhumun subay olduğu və tənha yaşadığı bildirilir. Qeyd edək ki, faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR