Hadisə küçədə, insanların gözü qarşısında baş verib.
Ötən gün Bakının Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsində, M.Seyidov ünvanında nənə və azyaşlı nəvəsi vəhşicəsinə döyülüb.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Qaradağ rayonu 38-ci polis bölməsindən verilən məlumata görə, saat 16:54 radələrində baş verən hadisə zamanı 64 yaşlı Mirvari Atakişiyevavə nəvəsi 4 yaşlı nəvəsi Mirvari Atakişiyeva möhkəm döyülüb.
Hadisə küçədə, insanların gözü qarşısında baş verib. Onlara naməlum şəxs hücum edib. Həmin şəxs nəvə ilə nənəsinə yumruq və təpik zərbələri vurub.
Hadisə nəticəsində nənədə kəllə-beyin travması, nəvədə isə üzün əzilməsi diaqnozu qoyulub. Onaların kim tərəfindən və nə səbəbə döyülməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.