Bakıda 'Nino Katamazde və İnsight' qrupunun konserti olacaq

MƏDƏNİYYƏT
11:55 12.06.2012
1838

«Buta» İncəsənət Mərkəzi Bakıda Nino Katamadzenin və Insight qrupunun GREEN adlanan yeni albomunun təqdimatı ilə birlikdə növbəti konsertini təqdim edəcək. Konsert «Yeni Klassika» solistlər ansamblının müşayiəti ilə iyulun 2-də Yaşıl Teatrın səhnəsində baş tutacaq.

Nino Katamadze və INSIGHT – mürəkkəb, düşündürücü, sirli bir musiqidir. Bu, həyat haqqında müfəssəl fəlsəfi hekayədir. Qrupun mahnıları insanı həyatın əbədiliyi haqqında dərindən düşünməyə, başqasının dərdinə şərik olmağa, fikirləşməyə, şəfqət göstərməyə və ümid etməyə vadar edir. Bu ağıllı musiqi ciddi incəsənəti qiymətləndirən insanlar üçündür. Həyatın mürəkkəb təzahürlərinin mahiyyətinə varmaq kollektivin yaradıcılığının əsas məğzini təşkil edir.

Təkcə son ildə Nino Katamadze və INSIGHT qrupu Rusiyanın, Pribaltikanın, Ukraynanın, ABŞ-ın və digər ölkələrin ən nüfuzlu konsert salonlarında yüzdən çox anşlaqla keçən konsert vermişdir. Yeni GREEN albomu Nino & INSIGHT rəngli albomlar konsepsiyasının parlaq davamı oldu (White/2006, Black/2006, Blue/2008) və RED albomundan cəmi bir il sonra işıq üzü gördü. Xatırladaq ki, RED albomu keçən il Bakıda Buta İncəsənət Mərkəzi tərəfindən möhtəşəm “Nino & INSIGHT” konsert proqramında «Tbilisi» ansamblının ifasında hamı tərəfindən sevilən gürcü xor nəğmələrinin müşayiəti ilə təqdim olunmuşdu.

İndi müğənninin diskoqrafiyası çoxdan gözlənən və Berlində yazılan yeni GREEN albomu ilə daha da zənginləşmişdir. Gürcü musiqiçiləri bir qədər keçmişə – zahirə deyil, daxilə yönəlmiş enerjini özündə ehtiva edən ağır formalı musiqiyə müraciət etmişlər. Bu albomu ötən ilin RED albomu ilə yaxın edən təkcə müğənninin fenomenal səsi deyil, həm də onun görkəmli usta-çalğıçılarla dialoqa olan meylidir və bu da albomu dinləyicilərə daha da sevdirir. Nino və INSIGHT musiqisinin səciyyəvi xüsusiyyətlərindən biri onun mətbuatda “dünya musiqisi” kimi göstərilməyi olsa da, GREEN albomunda musiqiçilər «ağıllı» caz stereotipləri ilə incə şəkildə mübahisəyə girən caz ənənələrini yaşadırlar.

GREEN albomunda aktual ritmik struktur da vardır, məsələn, «Gammai» treki möhkəm “breykbit” əsasına söykənir. Amma tamaşaçılar Ninonu, hər şeydən əvvəl, kökü gürcü xalq nəğmələrindən gələn, lakin dünyanın istənilən guşəsində anlanılan sadə, eyni zamanda ürəksıxıcı lirik nəğmələrdən ən primitiv melodik səviyyəyə enmək, ürəyini boşaltmaq bacarığına görə sevirlər. Bu növ ifa yeni albomda da var. «Vahagn» və «English» kompozisiyaları kimlərinsə həyatını mütləq əks etdirəcək – Nino sanki tamaşaçıların fikirlərini oxuyur və onlara öz musiqi dilində cavab verir. Nino Katamadze və INSIGHT qrupunun konsertini müşayiət edəcək «Yeni Klassika» solistlər ansamblı – Vladimir Spivakov, Yuriy Başmet, Mark Qorenşteyn, Vladimir Fedoseyev və Aleksandr Rudinin idarəçiliyi ilə orkestrin aparıcı artistlərindən ibarət kollektivdir. Ansamblın repertuarı klassikadan tutmuş caza və müasir tərtibata qədər fərqlənir. Hər zaman gözlənilməz olan Ninoya da məhz belə bir müşayiət lazımdır!«Buta» İncəsənət Mərkəzinin Baş Direktoru cənab Nəsib Piriyev konsert proqramını belə şərh etmişdir: «Nino – əsl eksperimentatordur! Ötən ilki konsert ərəfəsində mən proqrama muğam elementlərini daxil etməyi təklif etdim. Nəticədə, Turpal kompozisiyası ilə gənc xanəndə Rəvan Məmişov ifasının heyranedici remiksi alındı. Əminəm ki, bu dəfə də bizi emosiyaların növbəti coşğusu gözləyir – Ninonun musiqisi tam bir il müddətinə dinləyicisinə müsbət enerji verir! Etno-caz, ənənəvi gürcü musiqisi və müasir səslənmənin sintezi Nino və Insight qrupunu bizim mərkəzlə işləyən ən unudulmaz kollektivlərdən birinə çevirmişdir. Bizim Nino Katamadze ilə əməkdaşlığımızın inanılmaz uğurunun rəhni daimi yaradıcılıq axtarışı və musiqili material üzərində bitib-tükənməz iş, peşəkarlıq və Ninonun Bakı şəhərinə olan sevgisidir!» Layihənin rəsmi tərəfdaşı Azərbaycanın ən iri banklarından biri olan PASHA Bank`dır. Qeyd edək ki, Bank bu il fəaliyyətinin 5 illik yubileyini qeyd edir.Konsertin biletlərini şəhərin bütün kassalarından əldə etmək olar. Biletlərin qiyməti 10 manatdan 100 manata qədərdir. Konsertlə bağlı suallarla əlaqədar aşağıdakı telefon nömrəsinə müraciət edə bilərsiniz: 055 444 5 444 .................GREEN albomunda aktual ritmik struktur da vardır, məsələn, «Gammai» treki möhkəm “breykbit” əsasına söykənir. Amma tamaşaçılar Ninonu, hər şeydən əvvəl, kökü gürcü xalq nəğmələrindən gələn, lakin dünyanın istənilən guşəsində anlanılan sadə, eyni zamanda ürəksıxıcı lirik nəğmələrdən ən primitiv melodik səviyyəyə enmək, ürəyini boşaltmaq bacarığına görə sevirlər. Bu növ ifa yeni albomda da var. «Vahagn» və «English» kompozisiyaları kimlərinsə həyatını mütləq əks etdirəcək – Nino sanki tamaşaçıların fikirlərini oxuyur və onlara öz musiqi dilində cavab verir. Nino Katamadze və INSIGHT qrupunun konsertini müşayiət edəcək «Yeni Klassika» solistlər ansamblı – Vladimir Spivakov, Yuriy Başmet, Mark Qorenşteyn, Vladimir Fedoseyev və Aleksandr Rudinin idarəçiliyi ilə orkestrin aparıcı artistlərindən ibarət kollektivdir. Ansamblın repertuarı klassikadan tutmuş caza və müasir tərtibata qədər fərqlənir. Hər zaman gözlənilməz olan Ninoya da məhz belə bir müşayiət lazımdır!«Buta» İncəsənət Mərkəzinin Baş Direktoru cənab Nəsib Piriyev konsert proqramını belə şərh etmişdir: «Nino – əsl eksperimentatordur! Ötən ilki konsert ərəfəsində mən proqrama muğam elementlərini daxil etməyi təklif etdim. Nəticədə, Turpal kompozisiyası ilə gənc xanəndə Rəvan Məmişov ifasının heyranedici remiksi alındı. Əminəm ki, bu dəfə də bizi emosiyaların növbəti coşğusu gözləyir – Ninonun musiqisi tam bir il müddətinə dinləyicisinə müsbət enerji verir! Etno-caz, ənənəvi gürcü musiqisi və müasir səslənmənin sintezi Nino və Insight qrupunu bizim mərkəzlə işləyən ən unudulmaz kollektivlərdən birinə çevirmişdir. Bizim Nino Katamadze ilə əməkdaşlığımızın inanılmaz uğurunun rəhni daimi yaradıcılıq axtarışı və musiqili material üzərində bitib-tükənməz iş, peşəkarlıq və Ninonun Bakı şəhərinə olan sevgisidir!» Layihənin rəsmi tərəfdaşı Azərbaycanın ən iri banklarından biri olan PASHA Bank`dır. Qeyd edək ki, Bank bu il fəaliyyətinin 5 illik yubileyini qeyd edir.Konsertin biletlərini şəhərin bütün kassalarından əldə etmək olar. Biletlərin qiyməti 10 manatdan 100 manata qədərdir. Konsertlə bağlı suallarla əlaqədar aşağıdakı telefon nömrəsinə müraciət edə bilərsiniz: 055 444 5 444

OXŞAR XƏBƏRLƏR