Bakıda növbəti "dərs" intiharı: səbəbkar anadır

Bakıda növbəti "dərs" intiharı: səbəbkar anadır
Bütün Xəbərlər
12:17 09.05.2015
3074
Bakıda özünü binanın 5-ci mərtəbəsindən atan qızdan xəbər var. Pirallahı qəsəbəsində 5 gün əvvəl özünü yaşadığı binanın damından atan qız artıq komadan çıxıb. Qəsəbədəki 235 saylı orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Ə.C-ovanın özünə qəsd etməsinin səbəbi məlum olub.
Onun yaxınları Milli.Az-a bildiriblər ki, Ə.C-ova hadisə baş verən gün anası ilə mübahisə edib. Anası onu dərsini oxumadığına görə vurub. Əsəbi qız isə dama çıxaraq özünü atıb. Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR