Həmzəyev tanış olduğu qız və onun 3 rəfiqəsi ilə çay evinə gedib və spirtli içki sifariş edib.
Bakıda 29 yaşlı vətəndaş çay evində döyülüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xaqani küçəsində yerləşən çay evində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Bəhruz Həsən oğlu Həmzəyev internetdə tanış olduğu qız və onun 3 rəfiqəsi ilə çay evinə gedib və spirtli içki sifariş edib. B.Həmzəyev hesabı ödəməkdən imtina etdikdən sonra naməlum şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.