Bakıda oğlan sevdiyi qızı küçədə öldürən oğlan həbs olundu

Bakıda oğlan sevdiyi qızı küçədə öldürən oğlan həbs olundu
Bütün Xəbərlər
14:51 29.10.2015
2754
Oğlan polisə təslim olub.
Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub.
AZXEBER.COM  xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanı bıçaqlayaraq qətlə yetirən şəxsin Salyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev olması müəyyən edilib.
B. Əliyev könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub.
Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən İ. Yusubova Maştağa qəsəbə sakinidir.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR