Bakıda oğlanla görüşmək üçün evdən çıxan qız zorlandı

Bakıda oğlanla görüşmək üçün evdən çıxan qız zorlandı
Bütün Xəbərlər
17:40 25.06.2014
4114
Nihad onu bir neçə dəfə zorlayıb.
Sabunçu rayonu 14 nömrəli polis bölməsinə 15 yaşlı qızın zorlanması haqqında növbəti şikayət ərizəsi daxil olub.
AZXEBER.COM  Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Məlumatda 23 iyunda itkin düşmüş Maştağa qəsəbəsinin 15 yaşlı sakini Xuraman Məmmədova (ad etik normalara görə dəyişdirilib) tapılıb. Qeyd edək ki, qız evə axşam qayıdaraq nənəsinə öz dərdini danışıb.
Qız evdən Nihad adlı gənclə görüşmək üçün gedib. Qızı tanımadığı yerə aparan Nihad onu bir neçə dəfə zorlayıb. Bundan sonra gənc onu evə getməyə buraxıb.
O isə evə onu gözləməkdən yorulan nənəsinin yanına qayıdıb və başına gələnləri ona danışıb.
Hal-hazırda əməliyyatçılar şübhəli şəxsin axtarışı ilə məşğuldurlar.
14-cü bölmədə eləcə də qeyd ediblər ki, son zamanlar azyaşlıların evdən qaçma halları tez-tez baş verir. Bir neçə gün sonra isə geri qayıdaraq zorakılığa məruz qaldıqları məlum olur.
OXŞAR XƏBƏRLƏR