Bakıda online qumarxana aşkarlandı

Bakıda online qumarxana aşkarlandı
Bütün Xəbərlər
17:23 01.02.2012
1754

Bakı şəhərində onlayn qumarxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakiniNaib Hüseynovun “online” sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul, 14 ədəd kompyuter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR